2000-ci ildən axtarışda olan Gəncə şəhər sakini 1963-cü il təvəllüdlü Abbasov Şahin Kamal oğlu bu gün səhər saatlarında könüllü olaraq hüquq-mühafizə orqanı əməkdaşlarına təslim olub. Adıçəkilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə, yəni dövlət əmlakını talamaqda təqsirli bilinir.
Gəncə şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin rəisi Anar Əkbərovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, Ş.Abbasovun könüllü təslim olmasında onun ailəsi ilə aparılan profilaktik tədbirlərin böyük nəticəsi olub.
11 il ölkə ərazisində gizlənməyə müvəffəq olan Ş. Abbasov Gəncə şəhər Yol İstismarı İdarəsinin keçmiş rəisi vəzifəsində çalışıb. Saxlanılan şəxs barəsində istintaq tədbirlər davam etdirlir. Könüllü təslim olduğuna görə o, qanunun humanizim prinsiplərindən yararlana biləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB