Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aprelin 27-də saat 15 radələrində Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş X.Rzayev idarə etdiyi “MAZ” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən həmyerlisi, 14 yaşlı Bəşir Cəlalovu vurub və uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB