Tovuzda bıçaqlanma faktı qeydə alınıb.
SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Düz Qırıqlı kəndində baş verib.
Kənd sakini Rzayev Azər Əşrəf oğlu ürək və kürək nahiyəsindən bıçaqlanıb. Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib və əməliyyat edilib.
Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib. Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır. Hadisə ilə əlaqədar hələlik saxlanılan yoxdur
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB