Bərdə rayonunun Köbər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 26-da saat 15 radələrində Bərdə rayonunun Köbər kəndi ərazisində Mustafaağalı kənd sakini H.Məmmədovun idarə etdiyi “VAZ-21074” və Bakı şəhər sakini Elnur Cəfərovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə E.Cəfərov hadisə yerində ölmüş, sərnişini olan qardaşı Seymur, habelə digər sürücü xəstəxanaya yerləşdirilmiş, Seymur orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB