ABŞ-da təyyarə qəzaya uğradı Ölənlər var

ABŞ-da təyyarə qəzaya uğradı Ölənlər var
ABŞ-ın Nevada ştatında təyyarə qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təyyarələrinin parçaları Yuta ştatından 40 kilometr aralıda aşkarlanıb. Bildirilir ki, qəza nəticəsində 3 nəfər həlak olub - Tomas Kvanviq (48 yaş), Steysi Kvanviq (49 yaş) və Daniel Kvanviq (8 yaş). Məlumata əsasən, T.Kvanviq "Intel Corp."da mühəndis olub. Qeyd edilir ki, qəzaya səbəb təyyarənin naməlum səbəblərdən məcburi eniş etməsi ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə