Sabirabad sakininə məxsus həyətyanı sahədə çətənə kolları aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında Çöl Dəllək kənd sakini Ş.Əhmədova məxsus həyətyanı sahədə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilən 13 ədəd çətənə kolu aşkar edilib götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB