"Mercedes" ağaca çırpıldı, ölən və yaralanan var

"Mercedes" ağaca çırpıldı, ölən və yaralanan var

Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Maşlıq kəndinin ərazisində qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Mahir Nəzərov özünə məxsus "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sərnişinlər, 1980-cı il təvəllüdlü Səbuhi Ələmov və 2002-ci il təvəllüdlü Tural Kərimov müxtəlif bədən xəsarətləri ilə Cəlilabad rayon Diaqnostika Mərkəzinə çatdırılıblar. T.Kərimov xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə