Bakıda avtomobil dayanacağında oğurluq hadisəsi olub. SİA-nın məlumatına görə, paytaxtın Xətai rayonu S.Vəzirov küçəsində yerləşən avtoparkda vətəndaşa məxsus "Mercedes" markalı avtomobilin qiyməti 1300 manat olan buferi oğurlanıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü Elvin Əhmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB