Binəqədi rayonunda 34 yaşlı şəxs bıçaqlanıb

Binəqədi rayonunda 34 yaşlı şəxs bıçaqlanıb

Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Səmədov Vüqar Əsgər oğlu naməlum şəxslərlə mübahisə zamanı bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə