Xətai rayonunda “BMW” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb və yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, nəticədə avtomobil yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB