Quldurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini A.Quliyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 22-də DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Kürdəmir rayon sakini S.Süleymanova Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində bir nəfərin onu bıçaqla hədələyib 50 manat pulunu aldığını bildirilib.
Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilmişdir. Quldurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş A.Quliyev Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən hadisə yerinin yaxınlığında saxlanılıb.
Binəqədi RPİ-də araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB