Ucarda avtomobil velosipedlə hərəkət edən sakini vurub

Ucarda avtomobil velosipedlə hərəkət edən sakini vurub

Ucar rayonunun Qarabörk kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 22-də saat 8 radələrində Ucar rayonunun Qarabörk kəndi ərazisində şəhər sakini A.Allahverdiyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə eyni istiqamətdə velosipedlə hərəkətdə olan kənd sakini İkram Quliyevi vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ.Quliyev orada ölüb.

Ucar RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə