Fevralın 13-nə keçən gecə Sahil qəsəbə sakini Razim Qurbanova məxsus həmin qəsəbə Ş.Əsgərov küçəsindəki mağazadan qapını sındırma yolu ilə ərzaq məhsulları oğurlanıb. Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Qaradağ RPİ 38-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Sahil qəsəbə sakini Pərviz Abbasov aprelin 18-də yaxalanıb.
Fevralın 15-dən 17-dək olan müddətdə isə T.Hacıbəyov küçəsində yaşayan Vladimir Koralyovun evindən qapının şüşəsini çıxarma yolu ilə 6 ədəd spirtli içki, 60 qutu siqaret, aprelin 15-də isə həmin küçədə yaşayan Esmira Osmanovanın mənzilindən pəncərədən keçmə yolu ilə 10 min manat və qızıl-zinət əşyaları oğurlanıb. Xətai RPİ CAŞ və 34-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Andrey Qrişenko və Vitali Zaboloskiy aprelin 18-də yaxalanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB