Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
SİA xəbər verir ki, hadisə rayonun Çeşməli kəndində qeydə alınıb.
Kənd sakini, 1983-cü il təvəllüdlü İsayev Ədalət Fərman oğlu idarə etdiyi “NİVA” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB