Gəncədə dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.
SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində yerləşən evlərin birində baş verib.
Belə ki, Həmzəyeva Vüsalə Vahid qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata görə, qadın vanna otağında dəm qazından zəhərlənib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB