Oğurluq etdiyinə görə tutuldu

Sabunçu rayonu ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Əliyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində 11 ədəd radiator, 14 ədəd su diyircəyi (kran) və çilçıraq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Əliyev saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə