Yoxlama postunda polisi və hərbçini vuran taksi sürücü saxlanılıb
İdarə etdiyi avtomobillə Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılmış postda xidmət aparan Nəsimi RPİ-nin əməkdaşı X.Allahverdiyevi və DİN Daxili Qoşunlarında xidmət edən R.Bəxtiyarlını vurmuş B.Abbasov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 19-da saat 22 radələrində "COVİD-19" xüsusi karantin rejimi ilə əlaqədar Nəsimi rayonunun Bakıxanov küçəsində quraşdırılmış postda Bakı şəhər sakini B.Abbasov idarə etdiyi "London Taxi" markalı avtomobillə orada xidmət aparan Nəsimi RPİ-nin əməkdaşı X.Allahverdiyevi və DİN Daxili Qoşunlarında xidmət edən R.Bəxtiyarlını vurub.
Onlar DİN-in Hospitalına yerləşdiriliblər.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Abbasov saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB