Ağdaşda mənzildə yanğın olub, xəsarət alan var

Ağdaşda mənzildə yanğın olub, xəsarət alan var

Ağdaş rayonunun Qarağan Sədi kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli evin mətbəxində həcmi 5 litr olan məişət qaz balonunun başlıq hissəsi yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan lambirindən ibarət tavan 5 m² sahədə əriyib.

Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə