Bakıda piyada faciəvi şəkildə öldü

Bakıda piyada faciəvi şəkildə öldü

Qaradağ rayonu ərazisində yük avtomobilində olan dəmir künclüyün piyadanın baş nahiyəsinə dəyməsi ölümlə nəticələnib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 20-də saat 16 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Rüstəmov idarə etdiyi “Mitsubishi” markalı yük avtomobili ilə dönmə əməliyyatı aparan zaman yük yerində olan dəmir künclük yolun kənarında dayanmış paytaxt sakini İlkin Xankişiyevin baş nahiyəsinə dəymiş və o, hadisə yerində ölüb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə