Bakı-Sumqayıt yolunda “Mercedes” yoldan çıxaraq ağır qəza törədib

Bakı-Sumqayıt yolunda “Mercedes” yoldan çıxaraq ağır qəza törədib

Bakıda “Mercedes” yoldan çıxaraq ağır qəza törədib.

SİA xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunda qeydə alınıb. Ekologiya postu yaxınlığında yoldan çıxan “Mercedes” markalı minik avtomobili beton plitələrə çırpılıb.

Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Qəza yerinə Dövlət Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə