Qusarda yanğın baş verib

Qusar rayonunun Köhnə Xudat Qazmalar kəndində ümumi sahəsi 42 m² olan tövlənin yanar konstruksiyaları, bitişik, ümumi sahəsi 70 m² olan köməkçi tikilinin dam ötrüyünün taxta atmaları 50 m² sahədə və içərisinə yığılan odun qismən yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə