Neft mədənində yanğın baş verib

Neft mədənində yanğın baş verib

Şirvan şəhərində fəaliyyət göstərən "Qarasu Oyl" şirkətinin mədənində yanğın baş verib. Neft mədənində baş verən yanğının ərazisinə giriş qadağan olduğundan Şirvan Yanğından Mühafizə İdarəsinin rəisi Ramil Şıxəliyevlə əlaqə saxladıq və yanğının baş verdiyini eləcə də qarşısının alındığını bildirib.

Yanğın baş verən mədənin müdiri Əhməd Kələşov isə öz növbəsində hadisənın olmasını təkzib edərək baş idarə ilə əlaqə saxlamağımızı bildirib. Şahidlərin dediyinə görə yanğın quyudan çıxan qazın nəticəsində baş verib və 1 traktor yanıb. Traktorun sürücüsü çətinliklə xilas olub.

Bütün xəbərlər Facebook səhifəmizdə