Şəmkir rayonunda fərdi evdə yanğın qeydə alınıb

Şəmkir rayonunda fərdi evdə yanğın qeydə alınıb

Şəmkir rayonunda yanğın qeydə alınıb.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonda ümumi sahəsi 500 m² olan ikimərtəbəli 6 otaqlı evin birinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 74 m² sahədə və bitişik, ümumi sahəsi 270 m² olan talvarın lambirindən ibarət tavanı 20 m² sahədə yanıb.

Evin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə