Narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan İran vətəndaşları saxlanılıb
Aprelin 11-də saat 00.20 radələrində Yardımlı rayonunun Alar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan iki İran İslam Respublikası vətəndaşı saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, onların üzərindən 1 kiloqram narkotik vasitə olan heroin, kəlbətin, fanar, bıçaq və mobil telefonlar aşkar olunaraq götürülüb.
Hazırda faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB