Yevlax rayonunun Tanrıqulular kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 16-da saat 8 radələrində Yevlax rayonunun Tanrıqulular kəndi ərazisində şəhər sakini Fəxri Əlizadənin idarə etdiyi “Mercedes” və Mingəçevir şəhər sakini K.Bəşirovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub. Nəticədə F.Əlizadə hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB