Bakıda 4 evdən oğurluq edən qardaşlar tutuldu

Bakıda 4 evdən oğurluq edən qardaşlar tutuldu

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Rəhimov, qardaşı və T.Nəsrullayev saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il mart ayının 10-dan aprel ayının 14-dək olan müddətdə Xırdalan şəhərindəki evlərin birindən 2630 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş S.Rəhimov, əvvəllər məhkum olunmuş qardaşı və əvvəllər məhkum olunmuş T.Nəsrullayev saxlanılıblar.

Ətraflarında aparılmış tədbirlərlə onların daha 3 evdən pul, məişət əşyaları və təmir alətləri oğurlamaları da müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə