Banunun dəfnindən görüntülər yayıldı VİDEO

Banunun dəfnindən görüntülər yayıldı VİDEO

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. SİA-nın məlumatına görə, hadisə Azadlıq prospektində baş verib. 32 yaşlı Müşərrəf Zeynalova yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu “Opel” markalı minik avtomobili vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Müşərrəf Zeynalova müğənni kimi fəaliyyət göstərirmiş. O, sosial şəbəkədə Banu adıyla tanınıb.

İfaçının sosial şəbəkədə dəfnindən görüntülər yayılıb.

Qeyd edək ki, faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə