Abşeronda yanğın

Abşeron rayonunun Xırdalan şəhərində ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən ümumi sahəsi 25 m² olan mağazanın lambirindən ibarət tavanı 20 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mağazanın qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə