Narkotik alverçisi tutuldu

Biləsuvar şəhər sakini M.Bayramzadə idarə etdiyi avtomobildən külli miqdarda narkotik vasitələr aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini M.Bayramzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə saxlanılıb. Baxış zamanı avtomobildən 19 kiloqram 400 qram heroin, 6 kiloqram 315 qram qurudulmuş marixuana, 4 kiloqam 25 qram psixatrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə