Sumqayıtda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Sumqayıtda yolu keçən piyadanı avtomobil vurub öldürdü

Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 14-də Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Qubadlı rayon sakini Abbas Məmmədov vurulmuşdur. Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Sumqayıt sakini H.Həsənov saxlanılıb.

A.Məmmədov xəstəxanada ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə