Tovuzda göbələkdən zəhərlənmə faktı qeydə alınıb

Tovuzda göbələkdən zəhərlənmə faktı qeydə alınıb

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

SİA xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində qeydə alınıb.

1997-ci il təvəllüdlü Alıyeva Gülxanım Akif qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qadının yaxınlarının sözlərinə görə, o, göbələkdən zəhərlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə