5 yaşlı uşağı maşın vuraraq öldürdü

5 yaşlı uşağı maşın vuraraq öldürdü

Ağsu rayonu ərazisində “VAZ-21074” markalı avtomobillə yolu keçən 5 yaşlı G.Əsədova vurulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 14-də saat 17 radələrində Ağsu rayonunun Cəfərli kəndi ərazisində kənd sakini E.Qiyasov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən həmkəndlisi 5 yaşlı Gülər Əsədovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

Ağsu RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə