Saatlı rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib

Saatlı rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib

Ötən gecə saat 2 radələrində Saatlı rayonunun mərkəzində H.Əliyev prospektində 6 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral yolun 61 km-də Saatlı rayon sakini, 1979-cu il təvəllüdlü Cəfərov  Elburus Məmmədağa oğlunun idarə etdiyi VAZ 21099 markalı 50 BX 087 dövlət nişan nömrəli avtomobil İmişli rayon istiqamətinə hərəkət edərkən əks tərəfdən gələn Sabirabad rayon sakini 1983-cü il təvəllüdlü Abışov Azər Allahverdi oğlunun idarə etdiyi VAZ 2107 markalı 90 HS 283 dövlət nişan nömrəli maşınla toqquşaraq ağır nəqliyyat hadisəsi baş verib. Nəticədə VAZ 21099 markalı avtomobilin sürücüsü Cəfərov Elburus və onun yanında olan sərnişinlər Vəliyev Vəli Fariz oğlu, Əliyev Taleh Güləzim oğlu eyni zamanda digər avtomobilin sürücüsü və sərnişinlər Abışov Natiq  Əbülfəz oğlu, Yarıyev Şahin Şakir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Saatlı rayon xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Saatlı rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi qaldırılıb və araşdırma davam  etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə