İçərisində 11 700 dollar olan seyf oğurlanıb

Bakıda evdən seyf oğurlanıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən içərisində 11 700 ABŞ dolları olan seyf oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Tağıyev saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...