Bağ evindən oğurluq edən şəxs tutulub

Bağ evindən oğurluq edən şəxs tutulub

Noyabrın 30-u 2010-cu il tarixdə Şimal DRES Mövsüm bağları bağ evlərində yaşayan Rəşid Paşayevin evindən pəncərədən keçməklə 6900 manat, 1200 ABŞ dolları və qızıl-zinət əşyaları oğurlanıb.

Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Xəzər RPİ 1-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakıxanov qəsəbə sakini Emil Süleymanov aprelin 15-də yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə