Qazaxda “BMW” ağaca çırpılıb

Qazax rayonunda “BMW” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə