Elektrik naqilini oğurlayan şəxs tutuldu

3000 metr elektrik naqilini oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini S.Şirxanov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da rayon ərazisindəki evlərin birindən 5000 manat dəyərində 3000 metr elektrik naqilini oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini S.Şirxanov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə