“KamAZ”la “Mercedes” toqquşdu, velosipedçi həyatını itirdi

Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 9-da saat 13 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakini R.Səfərovun idarə etdiyi “Mercedes” və Gədəbəy rayon sakini H.Hüseynovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşmuş, zərbədən H.Hüseynov idarəetməni itirərək yolun hərəkət hissəsində velosiped sürən şəhər sakini Elman Abdulovu vurub. Nəticədə E.Abdulov və R.Səfərov xəstəxanaya yerləşdirilmişlər, velosipedçi orada ölüb.

Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə