Sabirabadda kafedə yanğın baş verib

Sabirabad rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Xəlfəli kəndində ümumi sahəsi 52 m² olan kafenin qamışdan ibarət tavanı 8 m² sahədə yanıb. Kafenin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə