Füzuli rayonunda dəhşətli qəza: 2 ölü

Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 8-də saat 8 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində Arayatılı kənd sakini Araz Xəlilov idarə etdiyi “Renault” markalı avtomobili aşırıb. Nəticədə sürücü və həmkəndlisi olan sərnişini Elnur Qasımov hadisə yerində ölüblər.

Füzuli RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə