Avtomobili qarət edən şəxs tutuldu

Şamaxı şəhər sakini E.Qədirova məxsus avtomobili qaçırmaqda şübhəli bilinən A.İsmayılov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 5-nə keçən gecə şəhər sakini E.Qədirova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.İsmayılov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə