Paytaxtda cibgirliklə məşğul olan Sumqayıt sakinləri yaxalanıblar

Paytaxtda cibgirliklə məşğul olan Sumqayıt sakinləri yaxalanıblar

Aprelin 14-ü saat 18:50 radələrində "Xalqlar Dostluğu" yarmarkasında Sumqayıt şəhər sakinləri Vasif İbrahimov və Samir Almuradov Bakı şəhər sakini Afət İmanovanın cibindən oğurluq edərkən Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən tutulublar.

Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, müəyyən olunub ki, onlar həmin tarixdə Bakı şəhər sakinləri Sevda Əbdulrəhmanovanın mobil telefonunu və Elmira Babayevanın 155 manat pulunu oğurlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə