Goranboyda mikroavtobusun aşması nəticəsində 3 nəfər xəsarət alıb

Goranboyda mikroavtobusun aşması nəticəsində 3 nəfər xəsarət alıb.

SİA xəəbər verir ki, hadisə Yuxarı Ağcakənd qəsəbəsindən keçən avtomobil yolunda baş verib.

"Mercedes Vito" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində biri ağır olmaqla 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yüngül xəsarət alan iki yaralıya yerində tibbi yardım göstərilib. Digər sərnişin - 1983-cü il təvəllüdlü Köçəri Şirinli isə Goranboy rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə