Bakıda evdən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurladı

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini R.Abdulqədirov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai RPİ 36-cı PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 4-də rayon ərazisindəki mənzillərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Abdulqədirov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə