Karantin rejimini pozan Lənkəran sakini həbs edilib

Karantin rejimini pozan Lənkəran sakinin üzərindən narkotik vasitə aşkar edilib. DİN Mətbuat Xidmətindən SİA-ya verilən xəbərə görə, Lənkəran rayonunun Parakənd kəndinin sakini Xamid Bəgəliyev Astara rayonunun Çayoba kəndində karantin rejimini pozaraq stasionar postu keçmək istəyərkən Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən X.Bəgəliyev özünü şübhəli apardığı üçün Astara Rayon Polis Şöbəsinə gətirilərək üzərinə baxış keçirilib. Bu zaman onun üzərindən 2 qrama yaxın narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə