Qubada xüsusi karantin rejiminə əməl etməyən çayxana sahibi cərimələnib

Qubada xüsusi karantin rejiminə əməl etməyən çayxana sahibi cərimə olunub.

SİA Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində tədbirləri davam etdirir. Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi İlkin Mirzəyev barəsində isə qanuna müvafiq qaydada tədbir görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə