Keçmiş məhkum oğurluğa görə saxlanıldı

Oğurluqda şübhəli bilinən Göyçay rayon sakini R.İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakı ŞBPİ və Nizami RPİ 24-cü PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də Bakı şəhər sakini R.Bayramovanın cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş R.İsmayılov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakini R.Rzayevin mobil telefonunu oğurlaması da müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə