Narkotiklə məşğul olan şəxs tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Ə.Abbasov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abbasov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 290 qrama yaxın heroin və 111 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə