Yolu keçən piyadanı avtomobil vurub öldürdü

Lənkəran rayonunun Girdəni kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, aprelin 2-də saat 11 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində kənd sakini N.Kərimov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmkəndlisi Kəmalə Hüseynovanı vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə