Binəqədidə aptekdə satıcı qadına qarşı soyğunçuluq edilib FOTO

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ötən ilin dekabrında rayon ərazisində apteklərdən birində satıcı işləyən qadına qarşı törədilən soyğunçuluq hadisəsinin üstü açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, həmin vaxt naməlum şəxs aptekə dərman almaq adı ilə daxil olaraq zərərçəkənin "LG" markalı mobil telefonunu götürüb hadisə yerindən yayınmışdı. Tədbir zamanı həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov tutulub. O, telefonu ələ keçirəndən sonra 35 manata metronun "20 Yanvar" stansiyasının yaxınlığında tanımadığı şəxsə satdığını bildirib.

Faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Gördüyünüz bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, Biinəqədi RPİ və ya 5-ci Polis Bölməsinə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə